0
Thursday 19 February 2015 - 14:15

Ali təhsilli müəllimin şikayəti eşidilmir

Story Code : 441441
Ali təhsilli müəllimin şikayəti eşidilmir
Ali təhsilli müəllimin şikayəti eşidilmir
Qobustan rayonu, Nabur kənd sakini Abduləli Abduləliyev “Azadlıq”a şikayət məktubu göndərib. Məktub müəllifi baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubova üz tutaraq ali təhsilli müəllim olduğunu bildirir. Problemlərindən danışan A.Abduləliyev kənddə bir ailənin camaata qənim kəsildiyini söyləyir:
“Abduləliyevlər ailəsindən olan Nadir Ibranəli oğlu 15.09.2012-ci ildə sərxoş vəziyyətdə evimə gələrək məni, müəllimi olmuş 74 yaşlı xəstəni, doğma əmisini öldürmək məqsədilə qanıma qəltan etdi. O məni ölmüş bilib çıxıb getdi. Uzun müddət müalicə olundum. Çünki qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi almışdım və bunu ekspert də sübut etdi. Evimdə mənim və sərxoş vəziyyətdə olduğu üçün xəsarət aldığından onun da qanı tökülüb. Lakin palazın üstündə qalan qanın ekspertizası təyin olunmadı. Nadirin bu hərəkəti isə Cinayət Məcəlləsinin 128-ci maddəsiylə tövsif edildi. Daha sonra təhqiqatın 06.12.2012-ci il tarixli qərarıyla bu işə xitam verildi. Cinayət işinin bağlanmasına israrlı etiraz edəndən sonra bu iş məhkəməyə göndərilərək Nadir 150 manat cərimə olundu. Onun ağır formalı ”şizofreniya" diaqnozlu ruhi xəstə olması və hadisə vaxtı sərxoş olmasını özü təsdiq etsə də, istintaq materiallarında onun anlaqlı vəziyyətdə olduğu göstərilir, CM-in 21, 22-ci maddələri tətbiq edilmir. Nadir orta təhsilli olsa da, məhkəmə qərarında orta ixtisas təhsilli və dəfələrlə məhkum olunmuş biri olduğu halda məhkumluğu olmayan kimi göstərilib. Cəzasızlıq mühitində əməllərini davam etdirən bu ailənin üzvləri haqda, kənd sakinlərinin etdiyi şikayətlər barəsində tədbir görülməsini və onlara qarşı cəzasızlıq mühiti yaradan məsul şəxslərin əməllərinə hüquqi qiymət verilməsini xahiş edirəm".
Source : Azadliq
Comment