0
Monday 15 November 2010 - 09:03

"Həmas”ın Təl-Əvivi vurmağa qadir raketləri var

Story Code : 44168
"Həmas”ın Təl-Əvivi vurmağa qadir raketləri var
"Həmas”ın Təl-Əvivi vurmağa qadir raketləri var
“Həmas” qruplaşması Təl-Əvivə qədər çata biləcək raketlərə malikdir. Bunu İsrail kəşfiyyatının nümayəndələri deyiblər. Onlar qeyd ediblər ki, bunun günahı Qəzza bölgəsinə gedən tunellərə nəzarət üçün lazımi tədbirləri görməyən Misir hökumətindədir. Kəşfiyyatçıların sözlərinə görə, Misirlə Qəzzanı birləşdirən tunellərin əksəriyyəti 4 kilometrlik ərazidə yerləşir. Bu isə onu iddia etməyə əsas verir ki, Misir istəsə, silah qaçaqmalçılığını cəmi 24 saat ərzində dayandıra bilər.

Bununla belə, bildirilib ki, İsrail və Misir arasında kəşfiyyat sahəsində əməkdaşlıq effektli şəkildə aparılır.
ANS
Source : İslam-Azeri
Comment