0
Monday 23 February 2015 - 16:00

Dəməşqdən Ankaraya müharibə xəbərdarlığı

Story Code : 442431
Dəməşqdən Ankaraya müharibə xəbərdarlığı
Dəməşqdən Ankaraya müharibə xəbərdarlığı
Suriyanın milli barışıq naziri Ali Haydar əməliyyatın müharibə səbəbi ola biləcəyini deyib.

Ali Haydar Suriyanın Türkiyəyə birbaşa deyil, strateji cavab verəcəyini söyləyib. Onun sözlərinə görə, Türkiyənin Suriya torpaqlarına müdaxiləsi Ankaranın əsl üzünü və Suriyaya qarşı düşmən niyyətlərini üzə çıxardı.

Suriya Xarici İşlər Nazirliyi isə dünən verdiyi açıqlamasında əməliyyatın açıq təcavüzkarlıq olduğunu bildirib.

Açıqlamada qeyd olunur ki, əməliyyatın nəticələrinə görə Türkiyə məsuliyyət daşıyır. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Süleyman Şah Türbəsinin başqa bir yerə köçürülməsi barədə Suriyanın İstanbuldakı konsulluğuna rəsmi məlumat verilsə də Dəməşqin icazəsi olmayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 39 tank və 500-dən çox əsgərlə Suriyaya daxil olaraq Süleyman Şah Türbəsində əməliyyat keçirib. Türbə Türkiyə sərhədlərinə yaxın bir əraziyə köçürülüb.
Source : Publika.az
Comment