0
Wednesday 17 November 2010 - 10:28

“Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir”

Story Code : 44357
“Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir”
“Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir”
"Azərbaycan və İran iki qardaş millət və hökumətdir. Əlaqələrimiz çox yaxşı səviyyədədir. Hazırda iqtisadi, siyasi və mədəniyyət sahəsində əlaqələrimiz inkişaf etməkdədir" Əhmədinejad deyib.
İran Prezidentinin noyabrın 17-də Azərbaycana səfəri başlayır. Mahmud Əhmədinejad Azərbaycana səfəri çərçivəsində, həmçinin noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində iştirak edəcək.
Azərbaycanla İran arasında illik ticarət dövriyyəsi 550 milyon dollardır. Hər iki ölkə rəsmiləri ilkin olaraq illik ticarət dövriyyəsini 1 milyard dollara qaldırmaq istəyirlər.
Əhmədinejad bildirib ki, hər iki ölkə müsəlmandır və əlaqələri daha da inkişaf edəcək.
"İki ölkənin əlaqələrində heç bir maneə yoxdur. İki ölkə arasında əlaqələrin gələcək perspektivini çox yaxşı görürəm və hər iki ölkənin xalqlarının xeyrinədir" İran Prezidenti müsahibəsində bildirib.
Əhmədinejad deyib ki, İran və Azərbaycanın siyasi və mədəni əlaqələri yüksək səviyyədədir.
"İqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Müxtəlif sahələrdə, enerji, ticarət və müştərək sərmayə yatırımları sahəsində əlaqələrin inkişafı üçün çox yaxşı layihələr hazırlanıb və icra edilməyə hazırlanır. Hər iki dövlət əlaqələrin inkişafında maraqlıdır və onu dəstəkləyir. Tacirlər, sahibkarlar və investorlar daha çox çalışmalı və işlərin icrasına başlamalıdır" İran Prezidenti bildirib
Comment