0
Thursday 18 November 2010 - 11:34

Region xalqlarının ruhunun belə "11 sentyabr" hadisəsindən xəbəri yoxdur

Story Code : 44429
"11 septambr" - Ahmedinejad
"11 septambr" - Ahmedinejad
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 11 sentyabr bəhanəsi regionu az qala iflic vəziyyətinə gətirib: “Əfqanıstanın qanuni prezidenti deyir ki, sizin Əfqanıstanda əməliyyat aparmağınıza ehtiyac yoxdur, onlar deyirlər ki, özümüz bilərik”.
M. Əhmədinejad bitərəf qrupun bu məsələni araşdırmasına ehtiyac olduğunu vurğulayıb: “11 sentyabr hadisəsindən sonra regionda 1 milyona yaxın insan ölüb, 2 ölkə işğal olunub. Mən əminliklə bildirirəm ki, region xalqlarının ruhunun belə 11 sentyabr hadisəsindən xəbəri yoxdur”.
Comment