0
Sunday 21 November 2010 - 18:12

"TÜRKLƏR ERMƏNİSTANI ƏZƏRƏK TURAN DÖVLƏTİ QURACAQLAR" !!!!!

Story Code : 44752
"TÜRKLƏR ERMƏNİSTANI ƏZƏRƏK TURAN DÖVLƏTİ QURACAQLAR" !!!!!
"TÜRKLƏR ERMƏNİSTANI ƏZƏRƏK TURAN DÖVLƏTİ QURACAQLAR" !!!!!
Dumada gündəmdə olan müqavilə ilə əlaqədar ümumi məclisə məlumat verən Rusiya Atom Enerji Agentliyinin rəhbərinin köməkçisi Nikolay Spaski bildirib ki, "nüvə stansiyasının proyekti 20 milyard dollar olacaq. Türkiyədəki stansiyanı tək tikmirik, eyni zamanda stansiyanın sahibi də biz olacağıq. Stansiyanı tamamlandından sonra 60 il Rusiya işlədəcək."

Türkiyəyə Şimal Qafqazdan terrorçuların sığındığını iddia edən Baqdasarov isə, nüvə stansiyasının inşaatına qarşı çıxıb.
Rusiyada ifrat millətçi Vladimir Jirinovskinin partiyasından olan (Liberal Demokrat Partiyası) Valeriy Seleznev də Türkiyənin Cənubi Koreya ilə yeni bir nüvə stansiya inşaatı ilə əlaqədar görüşlər keçirdiyini xatırladıb.

Jirinovski isə Türkiyənin güclənməsinə icazə verilməməsini istəyib. O, bildirib ki, "Rusiyanın Volqodonsk nüvə stansiyasını tamamlayaq və Türkiyəyə elektirik enerjisi sataq. Türkiyəni gücləndirməyək, onlar Ermənistanı əzərək Turan dövləti qura bilərlər."

Suallara cavab verən Rusiya xarici işlər naziri köməkçisi Vladimir Titov bildirib ki, "Türkiyə ilə imzalanan razılaşmada hər hansı bir problem yoxdur. Bu proyekt nüvə silahı istehsalına gətirib çıxarmayacaq. Biz hər hansı bir narahat deyilik."
Məclisdə 315 mandata sahib olan iqtidar partiyası Birləşmiş Rusiya millət vəkilləri isə müqaviləni dəstəkləyiblər.



Emin Nəsirli
Source : faktxeber
Comment