0
Tuesday 23 November 2010 - 18:56

Rəcəb Tayyib Ərdoğan Livana gedir

Story Code : 44965
Rəcəb Tayyib Ərdoğan Livana gedir
Rəcəb Tayyib Ərdoğan Livana gedir
Baş Nazirliyin Mətbuat Xidmətindən verilən açıqlamada Ərdoğanın Beyrutda Livan prezidenti Mişel Süleyman, parlament sədri Habih Berri və baş nazir Səd Həriri ilə bir araya gələcəyi bildirilib.
Məlumata görə, səfər zamanı Ərdoğana Banklar Birliyinin illik konfransı çərçivəsində Liderlik mükafatı veriləcək.
Səfər çərçivəsində həmçinin Türkiyə ilə Livan arasında Sərbəst Ticarət Sahəsi Ortaqlıq Anlaşması və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair birgə bəyannamə imzalanacaq.
Baş nazir Ərdoğan UNİFİL nəzdində xidmət göstərən türk birliyini ziyarət edəcək və Türkiyə tərəfindən inşa etdirilən Travmatalogiya və Reabilitasiya Mərkəzi ilə Akkar bölgəsindəki Aydamun kəndində tikilən məktəbin açılışına qatılacaq. /trt/
Comment