0
Tuesday 30 November 2010 - 10:41

Livan sionist rejimə qarşı mübarizədə əsas ölkədir

Story Code : 45568
Livan sionist rejimə qarşı mübarizədə əsas ölkədir
Livan sionist rejimə qarşı mübarizədə əsas ölkədir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah əl üzma Xamenei bu gün səhər Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Livanı “əhəmiyyətli və qəsbkar sionist rejiminə qarşı mübarizədə ön cəbhədə duran ölkə” adlandıraraq bunları vurğuladı: “İran İslam Respublikası Livanı abad, xoşbəxt, nüfuzlu və inkişaf etmiş bir ölkə kimi görmək istəyir”.

Livanın inkişafı və abadlaşması üçün İranın əlindən gələn heç bir köməyi əsirgəməyəcəyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Livan camaatının xoşbəxtliyi və rifahı İranı sevindirdiyi kimi, bu ölkənin ağrı-acıları da İranın kədərinə səbəb olacaqdır”.

Həzrət Ayətullah əl üzma Xamenei Tehranda aparılmış müzakirələrə toxunaraq dedi: “İki ölkə arasında müxtəlif sferalarda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün münasib zəmin mövcuddur. Bu əlaqələr, xüsusilə də ticarət, tikinti və quruculuq sahəsindəki əməkdaşlığımız daha da genişləndirilməlidir”.

Həzrət Ayətullah əl üzma Xamenei sionist rejiminin Livana ardıcıl surətdə hücumlar etdiyini və bu qəsbkar rejimin təcavüzkar niyyətlərinin ardı-arası kəsilmək bilmədiyini deyərək əlavə etdi: “Sionist rejiminin əlində imkan olsa, Suriyanı mühasirə etmək üçün Beyrutdan, hətta Trablisdən belə, keçib gedər. Lakin qəsbkar İsrailin qarşısını alan yeganə amil müqavimət hərəkatıdır”.

“Livan sionist rejimini məğlub etməyi bacarmış yeganə ərəb ölkəsidir”, – deyə vurğulayan Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Müqavimət hərəkatı Livanın düşmənlərini geri çəkilməyə vadar edən yeganə amildir. Buna görə də onun qədrini bilmək lazımdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Sionist rejimi var olduqca Livan müqavimət hərəkatına ehtiyac duyacaq”.

Cənab Səd Həriri ilə Müqavimət Hərəkatının lideri Seyid Həsən Nəsrullah arasındakı müsbət əlaqələrdən məmnun olduğunu deyən Həzrət Ayətullah əl üzma Xamenei bunları vurğuladı: “Bu əlaqələr əvvəlkindən də artıq möhkəmləndirilməlidir”.

İran İslam Respublikasının Livanın birlik və müstəqilliyini dəstəklədiyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Livan uzun illər boyu müxtəlif din və məzhəblərin ardıcıllarının asayiş və həmrəylik şəraitində, birgə yaşadıqları çoxdinli bir ölkədir. Buna baxmayaraq, bəziləri bu ölkədə dini zəmində konflikt yaratmaq niyyətindədirlər. Bu tip cəhdlərə qarşı mübarizə aparmaq lazımdır”.

Ali Məqamlı Rəhbər həmçinin bir neçə il öncə Livanın eks baş naziri mərhum Rəfiq Həririnin onunla görüşdüyünü, bu şəxsin Livanın tərəqqisi uğrunda necə səy göstərdiyini də xatırlatdı.

Prezidentin birinci müavini cənab Rəhiminin də iştirak etdiyi bu görüşdə Livanın baş naziri cənab Səd Həriri Ali Məqamlı Rəhbərlə görüşündən məmnun olduğunu bildirərək dedi: “Biz İran İslam Respublikasını ağır gündə Livan xalqına daim arxa və kömək olmuş dost və qardaş ölkə hesab edirik”.

Cənab Həriri əlavə etdi: “Livan hökuməti İranla iqtisadi, siyasi və mədəni əlaqələri əvvəlkindən də çox genişləndirmək arzusundadır”.

Livanın baş naziri ölkəsində hakimiyyətdə olan hökumət kabinetinin milli birliyə xidmət etdiyini və Livanda özünəməxsus əhəmiyyəti və təsir gücü olan bütün partiya və cinahların nümayəndələrindən təşkil olunduğunu qeyd edərək dedi: “Livan dövlətinin ən ümdə məqsədi milli birliyi qorumaq və möhkəmləndirmək, müştərək ideyalar çərçivəsində fəaliyyət göstərmək və təcavüzə qarşı müqavimət göstərməkdir”.

Cənab Səd Həriri bunları da vurğuladı: “Livandakı hər cür ixtilaf İsrailin xeyrinə ola bilər”.
Source : leader
Comment