0
Tuesday 30 November 2010 - 18:35

MOSSAD planı: azərbaycanlılar İrana qarşı!

Story Code : 45614
MOSSAD planı: azərbaycanlılar İrana qarşı!
MOSSAD planı: azərbaycanlılar İrana qarşı!
Bu barədə son aylar ərzində dünyada böyük şöhrət qazanmış "WikiLeaks" saytının yeni açıqladığı sənədlərdə bildirilir.

Saytın səhifəsində yer alan məlumatlara əsasən, sionist rejimin müdafiə naziri Ehud Barak amerikalı rəsmilərlə söhbətlər zamanı təkidlə İslam Respublikasına hərbi müdaxilə məsələsini gündəmə gətirib. Barak rəsmi Vaşinqtonu inandırmağa çalışıb ki, İrana zərbə yalnız 2010-cu ilin sonuna qədər effekt verə bilər. Sonra isə "hərbi müdaxilə qaçılmaz olaraq ciddi itkilərlə müşahidə olunacaq".

Lakin ABŞ İsrail hökumətinin yalanlarına əhəmiyyət verməyib.

Bu uğursuzluqdan sonra məsələyə MOSSAD-ın şefi Meyir Daqan müdaxilə edib. 2007-ci ilin avqustunda o, ABŞ-ın dövlət katibinin müavini Nikolas Barnsla görüşüb və bir neçə plan təklif edib. Bu planların həyata keçirilməsinin vahid məqsədi isə Əhmədinejad hakimiyyətini devirmək olub.

İranda mövcud dövlət quruluşunu dəyişmək üçün MOSSAD tələbə qruplarından və yaxud İran vətəndaşı olan azərbaycanlılardan istifadə etmək təklifini irəli sürüb.

Amma İsrail bu dəfə də uduzub. Son prezident seçkilərindən sonra İranda meydana gələn iğtişaşlar heç bir nəticə verməyib
Source : İslam-Azeri
Comment