0
Tuesday 28 April 2015 - 23:10

İran prezidenti: “Nüvə proqramı üzrə saziş yaxın aylarda imzalanacaq”

Story Code : 457166
İran prezidenti: “Nüvə proqramı üzrə saziş yaxın aylarda imzalanacaq”
APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, bunun üçün qarşı tərəf lazımi addımlar atmalıdır. İran prezidenti bildirib ki, ölkəsinin "altılıq"la danışıqlara getməsinin əsas məqsədi İranın nüvə proqramının hərbi sahəyə istiqamətləndirilmədiyini sübut etmək olub. H. Ruhani bu məsələsinin həllinin vacib olduğunu deyib: “İran "dağıdıcı nüvə bombası” yaratmayıb. Sazişin bağlanması İranın iqtisadi cəhətdən daha da inkişafını müsbət təsir göstərəcək”. Qeyd edək ki, İran və “altılıq” arasında nüvə proqramı üzrə razılaşma bu ilin aprelində əldə edilib.
Comment