0
Friday 8 May 2015 - 23:22

İran ABŞ-ın təhdidlərinə sərt cavab verdi

Story Code : 459400
İran ABŞ-ın təhdidlərinə sərt cavab verdi
Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, İran dövlət televiziyasının bir proqramına qatılan Səlami ABŞ tərəfindən İrana qarşı səsləndirilən müharibə hədələrinə toxunaraq "ən təhlükəli ssenarilər"ə hazırlıqlı olduqlarını deyib. "ABŞ, sərsəmləyir və psixoloji əməliyyat aparsa da, biz bunu ciddiyə alırıq. Yox, əgər təhdidlər yalan olmasa, doğru olsa müharibə meydanında həqiqətləri göstərməyə hazırıq", - deyə o bildirib. Səlami ABŞ-ın dünyanın müxtəlif məntəqələrindəki hava bazalarını İrana qarşı istifadə edəcəyi təqdirdə belə bu bazaları vuracaqlarını bildirib. “Amerikalı pilotların həyata keçirəcəkləri ilk uçuş onlar üçün son uçuş olacaq və göy üzünü onlar üçün alova bürüyəcəyik", deyə Səlami xəbərdarlıq edib. Tehran və “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə də toxunan Səlami, İranın nüvə müzakirə heyyətinə müraciət edərək təhdid olunacaqları təqdirdə danışıqları tərk etməyi istəyib.
Related Stories
Comment