0
Friday 8 May 2015 - 23:28

Səudiyyədə 5 nəfər əcnəbi edam edilib

Story Code : 459403
Səudiyyədə 5 nəfər əcnəbi edam edilib
İslamazeri.az-ın “Sputniknews”-a istinadən verdiyi xəbərə görə, Beynəlxalq Əfv Təşkilatı 2014-ci ildə edam cəzasına görə, 3 ölkədən biri olan Səudiyyə Ərəbistanının edam etmə rekordunu qıracağı gözlənilir. Belə ki, insan haqları təşkilatlarını narahat edən növəbti hadisə Səudiyyə Ərəbistanında baş verib. Səudiyyə Ərəbistanı hakimiyyəti oğurluq cinayətində ittiham edilən 5 əcnəbi vətəndaşın başını kəsərək edam edib. Edam edilənlərin cəsədlərini isə oğurluq edənlərin fikrindən daşınması adı altında vertolyotdan sallayaraq şəhər səmasında dolaşdırıblar. Ərəbistan yarımadasında fəaliyyət göstərən insan hüquq müdafiəçilərinin bildirdiyinə görə, hadisə qırmızı dənizin sahilində yerləşən Ciddə şəhərində baş verib. Qeyd edək ki, edam edilənlər aşağıdakılardır: Yəmən vətəndaşı Xalid Fətini, İbrahim Nəsir, Çad vətəndaşı Həsən Ömər, Eriteria vətəndaşı Səlim İdris və Sudan vətəndaşı Əbdülvahab Meyn adlı əcnəbilərdir. Onu da qeyd edək ki, təkcə bu ilin 5 ayında Səudiyyə Ərəbistanında 78 nəfər edam edilib. Xatırladaq ki, edam cəzası İslam şəriətində mövcuddur. Ancaq Səudiyyə Ərəbistanı, adətən, müxtəlif bəhanələrlə xarici vətəndaşları edam edir. Edam edilən son 5 nəfərin vertolyotlarla qaldırılıb səmada salladılaraq gəzdirilməsi isə yolverilməzdir.
Comment