0
Saturday 9 May 2015 - 18:33

Yəmən qəbilələri Səudiyyənin 8 hərbi bazasını ələ keçirdilər

Story Code : 459588
Yəmən qəbilələri Səudiyyənin 8 hərbi bazasını ələ keçirdilər
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Saada vilayətinin Calah regionunda yaşayan Yəmən qəbilələri Səudiyyənin Cizan regionunda yerləşən 8 hərbi bazasını ələ keçiriblər. Yəmən döyüşçüləri 4 səudiyyəli hərbçini də girov götürüblər. Yəmən qəbilələri və Səudiyyə hərbçiləri arasında baş verən qanlı toqquşmalar nəticəsində bir neçə səudiyyəli hərbçi öldürülüb. Bu arada Səudiyyə Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir. Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın qırıcıları Yəmənin Damar vilayətinin yaşayış məntəqələrinə və məktəblərinə aviazərbələr endiriblər. Bombardman nəticəsində 12 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Yaralananların və həlak olanların əksəriyyətini uşaqlar təşkil edir. Bundan əlavə Yəmənin aparıcı Ənsarullah Husilər hərəkatı əl-Məsna regionunda "Əl-Qaidə" terrorçuları üzərində qələbə qazanaraq, bu regionu yaraqlılardan azad ediblər.
Comment