0
Thursday 14 May 2015 - 08:28

ABŞ çəkinir: Rusiya-Çin yaxınlaşmasının əsl məqsədi

Story Code : 460684
ABŞ çəkinir: Rusiya-Çin yaxınlaşmasının əsl məqsədi
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov söyləyib.
Politoloq ABŞ-ın Rusiya və Çini bir-birinə yaxınlaşmağa imkan vermədiyini bildirib:
“Bununla bağlı müəyyən fikir mübadiləsi aparılır. Eyni zamanda da xüsusən regionda digər bir faktor üzə çıxır. Bu faktor Rusiya—Çin tandeminin formalaşmasıdır. Məhz Rusiya-Çin tandeminin formalaşması istiqamətində yeni strategiyalar həyata keçirilməyə başlanılıb. Bu strategiyalar isə birbaşa ABŞ-ın regionda maraqlarına qarşı formalaşdırılmış geopolitik bir sistemdir. Amma mənə elə gəlir ki, bu geopolitik sistem həm ABŞ-ın, həm də Qərb dövlətlərinin maraqlarına xidmət etmədiyinə görə, Rusiyaya qarşı yumşalma siyasətinə hesablanmış bir taktiki gedişdir. Biz bunu elə dünən də gördük. Kerri və Lavrov görüşmələri, eyni zamanda Rusiya prezidenti ilə görüş bir daha onu sübut edir ki, ABŞ-ın Rusiyaya qarşı mövqeyində artıq müəyyən yumşalmalar müşahidə olunur. Bu yumşalmalar da məhz Rusiya-Çinin bir-birinə daha da yaxınlaşmasına qarşı hesablanıb. Ona görə də bu cür ziddiyyətlər çərçivəsində məhz ekspertlərin və siyasi strateqlərin formalaşdırdıqları bu cür taktiki siyasi oyunlar istər-istəməz qlobal güclərin regionda daha da söz sahibi olmaları istiqamətində həyata keçirilən strategiyalardır”. /Axar/
Comment