Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan yenə nigah şahidi oldular
Story Code : 46094
Türkiyə mətbuatının məlumatına görə, ölkə prezidenti və baş nazir ətraf mühit və meşə naziri Veysəl Eroğlunun qızının toyunda iştirak ediblər. Nigahda çıxış edən baş nazir cütlüyə xoşbəxtlik arzulayaraq, onlara tövsiyə verib: "Mənim hər zaman bir arzum var. Belə gözəl ailələrə Allahdan 3 uşaq arzulayıram. Sonrasına Allah kərimdir". Qeyd edək ki, nazir qızı Merve Eroğlunun toy mərasiminə ölkənin bir çox nazirləri ilə yanaşı dövət rəsmiləri də qatılıb. /ANS/