0
Sunday 24 May 2015 - 00:07

İran və Rusiya Səudiyyənin Yəmənə qarşı hücumlarını dərhal dayandırmağa çağırdı

Story Code : 462690
İran və Rusiya Səudiyyənin Yəmənə qarşı hücumlarını dərhal dayandırmağa çağırdı
İran və Rusiya Səudiyyənin Yəmənə qarşı hücumlarını dərhal dayandırmağa çağırdı
PressTV-nin verdiyi xəbərə görə, dünən Rusiya prezidentinin Yaxın Şərq işləri üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə İran xarici işlər nazirinin Ərəb və Afrika işləri üzrə müavini Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı hər iki ölkə rəsmisi Yaxın Şərqdəki son prosesləri müzakirə edib. Hər iki ölkə rəsmisi Yəmən mövzusunda Cenevrə danışıqlarının kifayət etmədiyini bildirərək, Yəməndə dərhal atəşkəsin təmin edilməli olduğunu vurğulayıblar.

Əmir Abdullahiyan və Boqdanov Yəmən daxilində günahsız və müdafiəsiz insanların öldürülməsi, eləcə də humanitar faciənin hər an baş verməsi ehtimalına görə narahatçılıqlarını dilə gətirərək BMT-nin atəşkəsin təmin olunması və humanitar yardımların göndərilməsi istiqamətində səylərinə də dəstək veriblər.

İran və Rusiya rəsmilərinin telefon danışığında Cenevrə müzakirələri ərəfəsində Yəmənin bütün siyasi qruplarının rəylərinin nəzərə alınmasının zəruriliyi də qeyd olunub.

Qeyd edək ki, Cenevrədə Yəmən böhranı ilə bağlı 28-29 may tarixlərində keçiriləcək iclasa Yəmənin müxtəlif siyasi qruplarının qatılacağı bildirilib. Yəmənin Ənsarullah hərəkatı isə Səudiyyə və müttəfiqlərinin hücumlarının dayandırılmasını Cenevrə müzakirələrinə qatılması üçün şərt qoyub.
Source : Deyerler
Comment