Əfqanıstanda partlayışda ən azı 19 amerikalı əsgər ölüb. "Salamnews"-un verdiyi məlumata görə, partlayış Əfqanıstanın Qəndəhar əyalətinin Minvand kəndində baş verib. Əldə olunmuş məlumata görə, partlayışı kamikadze törədib. NATO isə verilən məlumatı təkzib edib.