0
Saturday 13 June 2015 - 13:21

Ayətullah Sistaninin cihad fətvası İraqı və bölgəni xilas etdi - Heydər əl-İbadi

Story Code : 466398
Ayətullah Sistaninin cihad fətvası İraqı və bölgəni xilas etdi - Heydər əl-İbadi
Ayətullah Sistaninin cihad fətvası İraqı və bölgəni xilas etdi - Heydər əl-İbadi
SalamNews-un "Sumaria" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-İbadi paytaxt Bağdadda ötəngünkü çıxışında bildirib.

O, İŞİD terror təşkilatının üzvləri tərəfindən Tikritin şimalında törədilən "Spayker" cinayətinə toxunub, burada qətlə yetirilən 1700 kursantı yad edib.

Xatırladaq ki, İŞİD üzvləri ötən ilin iyununda İraqın Neynəva əyalətini tutduqdan sonra Səlahəddin, Kərkük, Diyala və Ənbar əyalətlərinin bir qismini də nəzarətə götürüblər.

İŞİD-in Bağdad və Samirra şəhərləri istiqamətində irəlilədiyi bir vaxtda islam dünyasının nüfuzlu müctəhidi Ayətullah Sistaninin verdiyi fətva ölkədə 30 minlik "Xalq Səfərbərlik Qüvvələri"nin formalaşması ilə nəticələndi. Məhz bu qüvvələrin əks-hücumları ilə Diyala əyaləti tam şəkildə, Kərkük və Səlahəddinin isə böyük bir qismi terrorçulardan geri alındı.
Source : Nur.az.com
Comment