0
1
comments
Sunday 12 December 2010 - 15:15

ABŞ yanında da xəcalətli qaldıq!

Story Code : 46666
ABŞ yanında da xəcalətli qaldıq!
ABŞ yanında da xəcalətli qaldıq!
Son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem, ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və “Təhsil haqqında” qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları dərsə buraxmır.
Dünyanın əksər ölkələrində dini etiqadına uyğun zahiri görkəmdə olmaq həm qanunvericilik səviyyəsində, həm də praktik həyatda dəqiq surətdə təmin edilir. Əyani illüstrasiya üçün mövzu ilə bağlı dünyanın məşhur məktəbləri ilə əlaqə yaratmışdıq. Dünya nüfuzlu “Oxford” Universiteti, “Thomas Deacon Academy”, “King Edward’s School”, “Wimbledon”, “Mortensrud”, "Hersleb", "Sandaker" məktəbləri, bundan başqa Massaçusets ştatının 1934 məktəbi və Birmingem məktəbləri "Deyerler.org"-a açıqlamasında onlarda hicab qadağası olmadığını demişdi.
Bu silsilənin davamı olaraq ABŞ orta məktəblərindən biri də saytımızın müraciətinə cavab verib.
"Hedayah Akademiyası"nın rəhbəri Metyu Moes məktəblərində və universidetlərində dini ifadənin forması olan hicabın azad olduğunu bildirib. "ABŞ Konstitusiyasının 1-ci düzəlişinə görə din azadlığı və söz azadlığı məhdudlaşdırıla bilməz. Heç kəs qeyri-konstitusiya və qeyri-qanuni addım atmamalıdır. Hicab heç vaxt qadağan edilə bilməz. Bir halda ki bu dini ifadənin formasıdır" - deyə məktəbin rəhbəri rəhbəri Metyu Moes bildirib.
Xatırladaq ki, Avropa məktəblərində hər kəs öz inancını yaşadaraq təhsil hüquqlarından istifadə edirlər. Avropa təhsil mütəxəssisləri deyir ki, hər məktəbin öz forması olması - yaxşı haldır. Ancaq hicab - formanı pozan amil deyil. /Deyerler/
Comment


Azerbaijan
deyirem g_oresen misir hansi messebe qulluq edir?misir ve ona arxa duranlar texribat t_oredirler.polisler onlarla meshkul olmaqdan bezi gunahsiz ve haqlarini teleb eden qrdashlarimizin daliyca qacirlar.meyer kimdir gunahkar haqqini teleb eden qardashlar yoxsa dinimize qarshi texribat t_oreden bu yezidler.adinida qoyublar qanunu teleb edirik.bes bizim hqqimiz hani?