0
Monday 22 June 2015 - 15:57

Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar

Story Code : 468310
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ŞƏRLƏNƏRƏk 12 il azadlıqdan məhrum edilmiş Azərbaycan İslam Partiyasının Lideri Mövsüm Səmədovun karsa salınma səbəbi məlum olub.

Məlumata görə, Mövsüm Səmədovun karsa salınmasına səbəb onun həbsxana rəhbərliyindən özü də daxil olmaqla, oruc tutan bütün məhbuslara uyğun şəraitin yaradılması istəyidir. Mövsüm Səmədov bu istəyinə cavab olaraq cəzalandırılıb.

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manaflı bildirib ki, Mövsüm Səmədov ətrafında baş verənlər üzücüdür. Onun sözlərinə görə, həbsxanada Hacı Mövsümün karsa salınmasının səbəbi barədə yetərli, dəqiq məlumat əldə etmək hələ ki, mümkün olmayıb: “Mövsüm Səmədovun karsa salınması, ümumilikdə baş verənlər haqda vəkilə müraciət etmişik. Yaxın müddətdə dəqiq məlumat əldə edəcəyimizə ümid edirəm. Həbsxana rəhbərliyinin orucluq ərəfəsində belə bir addım atması inanılası deyil. Çünki hər halda, onlar da müsəlmandılar və bu cür davranışlar qəbuledilməzdir. Hacı Mövsümün məhbəsdə istəyi böyük bir şey deyil. O yalnız ibadətlə məşğul olması üçün şərait yaradılmasını istəyir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, “Qarabağ Uğrunda İslami Müqavimət” Hərəkatının rəhbəri Rövşən Əhmədli məsələyə münasibət bildirərkən deyib ki, məhbuslara qarşı nəinki mübarək Ramazan ayında, ümumiyyətlə, bütün zamanlarda haqsızlıq etmək yolverilməzdir: “Mövsüm Səmədov təkcə ruhani deyil, eyni zamanda böyük bir partiyanın rəhbəridir. O, apardığı siyasi mübarizəsinə görə bu gün siyasi məhbus həyatı yaşayır”.

Avropa Oyunlarına “ev sahibliyi” etməklə dünyada möhtəşəm bir tədbir keçirdiyini deyib öyünən ölkədə siyasi məhbusların olması, eyni zamanda, bu məhbusların zindanda belə, haqqını tələb etdiyi üçün cəzalandırılmasına diqqət çəkən Rövşən Əhmədli onu da qeyd edib ki, bu siyasət hakimiyyətin saxta avropalı imicinə böyük zərbə vurur: “Vətəndaşın azadlıqdan məhrum edilməsi onun təkcə azadlıq hüququnu əlindən alır. Məhbus digər hüquqları özündə saxlayır. Hesab edirəm ki, hacı Mövsüm Səmədov heç bir halda, onun karsa salınması ilə nəticələnəcək qanunazidd bir tələb irəli sürməz”.

Xatırladaq ki, AİP sədri Doktor Mövsüm Səmədov 02, 01, 2011 tarixdə etdiyi tarixi çıxışından sonra, mövcud rejim tərəfindən saxta və gülünc ittihamlarla ŞƏRLƏNƏRƏK 12 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.
Source : Azərbaycan KİV-i
Comment