0
Wednesday 15 December 2010 - 10:37

Avropada inanılmaz iğtişaşlar davam edir

Story Code : 46952
Avropada inanılmaz iğtişaşlar davam edir
Avropada inanılmaz iğtişaşlar davam edir
Romada təhsil sistemində islahatlara qarşı tələbələrin keçirdiyi etiraz aksiyası zamanı polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 40 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Romanın mərkəzi küçələrində yol hərəkəti tamamilə dayandırılıb. Xəsarət alanların arasında 3 polis əməkdaşı var.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Şəhərin bütün mərkəzi küçələri və meydanlarını tüstü bürüyüb.
Jurnalistlər bildiriblər ki, nümayişçilərin arasına daxil olan ekstremistlər polislə toqquşmaları təhrik edib. Onlar barrikadalar qurub, zibil konteynerləri və bir avtomobili yandırıblar. 
Xartırladaq ki, özlərini demokratik quruluş adlandıran Avropa ölkələrində dövət qüvvələri xalqın etiraz aksiyalarını amansızlıqla susdurur. İngiltərədə də xalq küçələrə axışaraq dövlətə etiraz edir. Bu ölkədə də polis etirazçılarla amansızcasına rəftar edir.
Comment