0
Monday 29 June 2015 - 10:56

Müdafiə naziri: “Türkiyə Yunanıstanı işğal edəcək”

Story Code : 469987
Müdafiə naziri: “Türkiyə Yunanıstanı işğal edəcək”
Bu sensasiyalı iddia ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib.
O, beynəlxalq kreditorların öz şərtləri ilə Yunanıstanı Türkiyə qarşısında müdafiəsiz qoymaq istədiyini bildirib:
“Beynəlxalq kreditorların məqsədi uzlaşma yox, Yunanıstanı əzməkdir. Onlar bayrağımızı endirib, müstəqilliyimizdən əl çəkməyimizi istəyirlər. Avropa Birliyində qalmaq buna dəyərmi? Əgər referendumdan beynəlxalq kreditorların şərtləri ilə bağlı “bəli” cavabı çıxarsa, Yunanıstanın ölkə olaraq varlığına son qoyulacaq. Kreditorların kəmərsıxma tədbirləri ordunun dağılmasına gətirib çıxaracaq. Çünki Müdafiə Nazirliyinin büdcəsindən 400 milyon avro kəsiləcək. Bu isə Yunanıstanı Türkiyənin işğalına qarşı silahsız, təyyarəsiz və gəmisiz qoyacaq”.
 
Qeyd edək ki, Yunanıstanda iyulun 5-də referendum keçiriləcək. Ölkə vətəndaşları referendumda “Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?” sualına cavab verəcəklər.
 
Comment