0
Thursday 16 December 2010 - 21:28

Yevlaxda Aşura günü məmur özbaşınalığı

Story Code : 47065
Yevlaxda Aşura
Yevlaxda Aşura
Məhərrəm ayı daxil olandan Əhli-Beyt (ə) vətəni olan Azərbaycanın bütün şəhər, rayon və kəndlərində Kərbəla müsibətinə həsr olunmuş yas mərasimləri təşkil olunur. Yevlax şəhərində təşkil olunan Aşura məclisləri də öz izdihamlığına görə digər şəhərlərdən geri qalmayıb. Redaksiyamıza daxil olan məlumata görə, camaat Məhərrəm ayının birindən indiyə qədər keçirilən əza məclislərində heç bir problemlə üzləşməyiblər. Lakin Aşura günündə rayon polisləri məscidlərin ətrafında yığışaraq, əza məclislərinə gələn uşaqlı qadınları məscidlərə buraxmayıblar. Polislərin bu hərəkəti tədbirə yığışanların ciddi narazılığına səbəb olub. Bundan başqa rayon dindarları bildirirlər ki, şəhərdə dövlət müəssilərində çalışan insanlara ciddi xəbərdarlıqlar edilib ki, Aşura mərasimlərində iştirak etməsinlər. Həmçinin şəhər polisi başlarına qara bağlayan insanlara başlarındakı qaraları açmağa məcbur etmişlər. Ümumilikdə isə, bütün bu özbaşınalıqlara baxmayaraq, Aşura mərasimləri şəhərin hər yerində yüksək səviyyədə keçirilib.
Related Stories
Comment