0
Friday 17 December 2010 - 10:21

Seyid Həsən Nəsrullahın çıxışı

Story Code : 47113
Seyid Həsən Nəsrullahın çıxışı
Seyid Həsən Nəsrullahın çıxışı
Deyerler İRNA-ya istinadən xəbər verir: "İmam Hüseynin (ə) günündə -Aşurada biz bəyan edirik ki, Livan sizin təhdidlərinizdən qorxmur. Kimsə bizim iradəmizi üstələyə bilməz. İsrail rejiminin təhdidləri heç zaman Livan xalqının müqavimətinin qarşısını ala bilmək üçün yararlı olmayıb, əksinə indi biz böyük qələbələr yarada biləcək gücdəyik", - deyə Seyid Həsən Nəsrullah bəyan edib.
"Hizbullah" lideri, həmçinin ərəb ölkələri başçılarına səslənmişdir: "Demirik ki, öz qoşunlarınızı hərəkətə gətirin. Sadəcə deyirik ki, heç olmasa, özünüzün saysız-hesabsız mülklərinizlə Fələstin xalqına yardım edin və onların yanında olun. Qəzzanın mühasirəsini birlikdə yarın. Qüds müsəlmanlarına yardım edin ki, onlar da öz müqavimətlərini davam etdirə bilsinlər".
Sonda Seyid Həsən Nəsrullah İslam məzhəblərinin arasında fitnə yaratmaq cəhdlərini pisləyərək, bildirib ki, Amerika və İsrail rejiminin planları müsəlmanlar arasında fitnə salmaqdır. Ona görə də o, müsəlmanları ayıq və agah olmağa çağırıb.
Comment