0
Friday 17 December 2010 - 10:39

İraqa sanksiyalar ləğv edildi

Story Code : 47114
İraqa sanksiyalar ləğv edildi
İraqa sanksiyalar ləğv edildi
Şura qəbul etdiyi bu qərarla İraqın dinc məqsədli nüvə proqramını inkişaf etdirməsinə yaşıl işıq yandırıb. "Ərzaq əvəzinə neft proqramı" tamamilə ləğv edilib. Bununla yanaşı, İraq hökumətinə öz neft və qazı üzərindəki nəzarət səlahiyyəti də gələn il iyunun 30-da geri veriləcək. Toplantıda Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu uzun zamandır qüvvədə olan İraqa yönəlik embarqoların ləğvinə səs verdiyini deyib. Davudoğlu toplantıdakı çıxışında Türkiyənin hər zaman beynəlxalq sülhün təmin olunması istiqamətində səy göstərdiyini bildirib. Xarici işlər naziri İraqın müstəqilliyi, birliyi və ərazi bütövlüyününü regionun və beynəlxalq birliyin sabitliyi və təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıdığını deyib. Davudoğlu bu səbəbdən türkiyənin İraqı yaxşı və pis zamanlarda dəstəkləyəcəyini söyləyib. Toplantıdan sonra Davudoğlu ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Davudoğlu Baydenin ona İraqdakı səylərinə görə təşəkkür etdiyini söyləyib. Nyu-Yorkda BMT baş katibi Ban Ki Mun ilə İraq və Bosniya-Herqosovinanın xarici işlər nazirləri ilə bir araya gəldiklərini xatırladan Davudoğlu baş katibin beynəlxalq sülhə verdiyi töhfələrə görə Türkiyəyə minnətdarlıq etdiyini bildirib. Təhlükəsizlik Şuraqsında qəbul edilən qərarların İraq və bölgə üçün önəmli olduğunu qeyd edən davudoğlu bundan sonra İraqın beynəlxalq birlikdə normal ölkə halına gələcəyini deyib.

Comment