0
Sunday 19 December 2010 - 00:35

İranın yeni xarici işlər naziri prioritetlərini açıqlayıb

Story Code : 47296
İranın yeni xarici işlər naziri prioritetlərini açıqlayıb
İranın yeni xarici işlər naziri prioritetlərini açıqlayıb
İranın Atom Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu gün rəsmən xarici işlər naziri səlahiyyətlərinin icrasına başlayıb.
APA-nın İranın “Mehr” agentliyinə istinadən xəbərinə görə, Ə. Salehi yeni vəzifəsində verdiyi ilk açıqlamasında ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb.
“İran diplomatiyasının birinci dərəcəli prioriteti qonşu ölkələr və İslam dünyası olmalıdır. Bu kontekstdə Səudiyyə Ərəbistanı və Türkiyənin xüsusi yeri var” - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İranla xüsusi siyasi münasibətlər qurmağa haqqı çatan ölkədir: “İran və Səudiyyə Ərəbistanı İslam dünyasının iki mühüm ölkəsi olaraq bir çox problemləri birlikdə həll edə bilərlər”.
Ə. Salehi Avropa İttifaqını İrana qarşı münasibətini dəyişməyə və konfrontasiyadan əməkdaşlığa keçməyə çağırıb. O, həmçinin Suriya, İraq, Azərbaycan, Əfqanıstan, Pakistan, Rusiya və Çinlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Comment