0
Sunday 19 July 2015 - 10:52

ABŞ-ın Merkeli dinləməsi barədə yeni iddialar

Story Code : 474583
ABŞ-ın Merkeli dinləməsi barədə yeni iddialar
“Almaniya rəsmiləri arzu edərlərsə əlimdə olan informasiyanı onlarla paylaşa bilərəm”. ANS PRESS-in məlumatına görə, bu sözləri “Wikileaks” saytının qurucusu Culian Assanc deyib. Almaniyada nəşr olunan həftəlik “Der Spiegel” jurnalına müsahibə verən Assanc ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon danışıqlarını qanunsuz dinləməsi mövzusunda Almaniya parlamentində qurulan araşdırma komissiyasına yardım edə biləcəyini açıqlayıb. ABŞ-a ekstrdisiya olunacağı qorxusu ilə Londondakı Ekvador səfirliyindən çıxa bilməyən Assanc bu istintaqda şahidlik edə biləcəyini açıqlayıb.
“Əgər alman millət vəkillərinin bir şahidə ehtiyacları varsa buraya gələrək mənə suallar vermələrindən məmnun olaram”.
NSA-nın Almaniya kansleri Anqela Merkeli və bir çox yüksək çinli məmuru uzun illər dinlədiyini deyən Assanc, onların xüsusilə Almaniyanın iqtisadiyyat siyasəti barədə məlumat almağa çalışıldığını qeyd edib:
“Əlimizdə alman siyasətçilərin, xüsusilə də kansler və xarici işlər nazirinin dinləndiyini göstərən sənədlər var. Onların arasında bir müddət əvvəl paylaşdığımız, Merkelin ətrafında olan 56 yüksəkçinli məmurun telefonlarının olduğu siyahı var. Mənbələrimizi açıqlaya bilmərəm, amma bu sənədlərin orijinal olduğunu göstərən səbəbləri də onlara açıqlaya bilərəm.”
İnternetdə paylaşdıqları siyahıda dinlənən mobil telefon nömrələrini açıqca göstərmədiklərini deyən Assanc istintaq komissiyasına orijinal siyahını göstərə biləcəyini bildirib:
Comment