0
Tuesday 21 December 2010 - 17:19

İnqilab Rəhbəri: Şiə-sünni vəhdəti zəruridir

Story Code : 47556
İnqilab Rəhbəri: Şiə-sünni vəhdəti zəruridir
İnqilab Rəhbəri: Şiə-sünni vəhdəti zəruridir
Həzrət Ayətullahil Üzma Xamenei bu gün dekabrın 20-də Qətər dövlətinin Əmiri Şeyx Həməd Bin Xəlifə Alisanini qəbulu zamanı regionda xüsusilə də Fars Körfəzində təhlükəsizliyin qorunmasını zəruri sayaraq deyiblər: Fars Körfəzinin təhlükəsizliyinə ayrı-seçkilik əsasında yanaşmaq olmaz. Bölgədə dinclik olarsa , bu bütün ölkələrin xeyrinə olacaq. Ancaq təhlükəsizlikdə problem yaranarsa, bütün regiona ölkələri zərərə düşəcəklər.

Bəzi regiona ölkələrinin Fars Körfəzində təhlükəsizliyin əhəmiyyətini yetərincə dərk etməmələrinə toxunan Böyük Rəhbər deyiblər: Təəssüflər olsun ki, amerikalılar və sionistlərin bu ölkələrə bəzi məsələləri aşılayır və onları təhlükəsizliyin əhəmiyyətindin yayındırmağa çalışırlar.

O, Həzrət sonra regionda şiə-sünni vəhdətinin əhəmiyyətli olmasına işarə edərək bildiriblər ki, şiələr və sünnilər əsrlər boyu bir-birinin kənarında səmimi, dinc həyat sürüblər. Lakin bəzi qüvvələr bu səmimi atmosferi pozmaq və şiə-sünni arasındakı əqidə fərqini ictimai ixtilafa çevirmək istəyirlər.

İslam İnqilabının Böyük Rəhbəri sonda Qətər əmirinin Livanla bağl fikrinə və Rəfiq Həriri məhkəməsinin çıxaracağı qərara toxunaraq buyurublar: Bu məhkəmə sifarişli məhkəmədir, çıxaracağı qərar isə qəbul olunmazdır.
Source : IRIB
Comment