0
Saturday 25 December 2010 - 11:33

İşğalçılar indi də İranı günahlandırırlar

Story Code : 47988
İşğalçılar indi də İranı günahlandırırlar
İşğalçılar indi də İranı günahlandırırlar
İslamtimes.org/az - Əfqanıstanı işğal edən ABŞ NATO qüvvələri Taliban müqaviməti qarşısında aldıqları ağır zərbədən İranı günahlandırmağa davam edirlər.

İngilis Times qəzetində yayımlanan xəbərə görə, İranın Əfqanıstan və Pakistanda müqavimətçilərə guya gizli dəstək verdiyini iddia edən Times, 2010 ili civarında Əfqanıstanda öldürülən İngilis işğalçı əsgərlərinin sayının 102 olduğunu, İngilis kəşfiyyat qaynaqlarına görə, İranda nəzarətdə qalan Əl-Qaidə liderlərinin işğalçı qüvvələrə qarşı yeni cəbhə meydana gətirmələri üçün sərbəst buraxıldıqlarını yazdı.

Digər tərəfdən İranın Taliban döyüşçülərinə guya dəstək verdiyini yazan qəzet, NATO-ya istinadən verdiyi xəbərə görə, Amerika və İngilis işğalçılarına qarşı istifadə etmək üçün İrandan Taliban döyüşçülərinə silah ötürülməsini təşkil edən İran inqilab gözətçilərindən bir adamın 18 dekabrda Qəndaharda ələ keçirildiyini yazıb.

NATO qaynaqları, işğalçı qüvvələrlə döyüşdə İranın son zamanlarda Əl-Qaidəyə aktiv dəstək verdiyini də irəli sürdü.

Pakistan hərbi kəşfiyyat qaynaqlarından bir adam, Times qəzetinə verdiyi şərhdə, İranın Taliban və Əl Qaidəyə verdiyi dəstəyin Pakistan və Səudiyyə Ərəbistanında çaxnaşma yaratmaq üçün irəli sürdüyünü bildirib.

Sadiq İmanov (İslamtimes. Bakı)
Reporter :
Source : IslamTimes
Comment