0
Sunday 23 August 2015 - 16:56

İlham Şaban: “İranın qazını Avropaya Azərbaycan vasitəsi ilə çıxartması Azərbaycan üçün çox önəmlidir”

Story Code : 481528
İlham Şaban: “İranın qazını Avropaya Azərbaycan vasitəsi ilə çıxartması Azərbaycan üçün çox önəmlidir”
İlham Şaban: “İranın qazını Avropaya Azərbaycan vasitəsi ilə çıxartması Azərbaycan üçün çox önəmlidir”
İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib ki, İran Asiya bazarlarından başqa, Avropa bazarlarına da qaz ixrac etməyi planlaşdırır: “İran qazının Avropaya nəql yollarından biri Azərbaycan vasitəsilə nəql olunmasıdır. Düşünürəm ki, “Cənub qaz dəhlizi”nin istifadə edilməsində Azərbaycanla əməkdaşlıq edə biləcəyik”.


Neft Araşdırmaları Mərkəzinin Rəhbəri İlham Şaban Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Azərbaycan gələn 10 illiyin ortasından başlayaraq İranın enerji resurslarından tam gücündə istifadə edə bilər: “İran öz qazını Azərbaycan vasitəsi ilə Avropaya ixrac etməsi çox müsbət bir məsələdir. Bu ilk növbədə Azərbaycana özünün ifrastrukturlarından yararlanmaq fürsəti verəcək. Daha dəqiq desək ölkə infrastrukturlarından tam yararlanacaq. Nəzərdə tutduğu layihə gücü istiqamətində istifadə edə biləcək. Bu stabil və uzun müddətli istifadə üçün zəmin yaradacaq. Gələn 10 illiyin ortasından başlayaraq İranın enerji resurslarından tam gücündə istifadə edə bilər. Bunun nəticəsində də İranın təklif etdiyi həcmlərin Avropa bazarlarına çıxarılması reallaşacaq. Bundan da Azərbaycanın tranzit qazancları ölkə büdcəsinə daxil olacağı çox gəlirli bir qazancdır. Bu prosesin ən üstün tərəfi də ondan ibarətdir ki, bu qazanc kifayət qədər uzun müddətli bir qazancdır. Çünki İranın nefti və qazı bəlli olduğu kimi kifayət qədər zəngindir”.
Source : Deyerler
Comment