0
Friday 18 September 2015 - 10:11

Biabırçılıq: Hacılar Məkkədə yüzdən çox insanın qatili ilə xatirə fotosu çəkdirdi – (Fotolar)

Story Code : 486215
Biabırçılıq: Hacılar Məkkədə yüzdən çox insanın qatili ilə xatirə fotosu çəkdirdi – (Fotolar)
Belə ki, bu günlərdə hacılar bir müddət öncə Kəbədə saatda 95km sürətlə əsən külək səbəbindən aşaraq 170 insanın ölümünə səbəb olan “qatil kran”ın qarşısında dayanaraq xatirə fotoları çəkdirir. Onlarla qadın, azyaşlının ölümünə səbəb olan kran qarşısında hansı məqsədlə şəkil çəkdirdiyi məlum olmayan hacılar sosial şəbəkələrdə də tənqid olunub. Həyatını itirənlərin yaxınları hələ də bu kranı gördükdə o dəhşətli anları xatırlayır və kədərlənir. Bu gün bu “qatil”dən əyləncə kimi istifadə etmək həqiqətən də xoşagələn bir durum deyil.
Qeyd edək ki, kranın hadisə yerindən xəsarətsiz qaldırılması üçün Almaniyadan bir neçə mütəxəssis çağırılıb. Bəzi mütəxəssislər kranın aşmaması üçün ona bağlanan betonun hadisə zamanı açıq olduğunu iddia edib. /sizinyol/
Comment