0
Saturday 1 January 2011 - 01:47

İranlı könüllülər Qəzzaya buraxılmır

Story Code : 48699
İranlı könüllülər Qəzzaya buraxılmır
İranlı könüllülər Qəzzaya buraxılmır
Islam times.org/az - Misir təhlükəsizlik qaynaqları, Qəzzaya kömək aparan Asiya 1 konvoyunun Suriyanın Latakiya limanında son hazırlıqlarını bu gecə tamamlayaraq Ariş limanına 01.01.2011 tarixində çatacağı haqda məlumat vermişdi.

Asiya 1 konvoyundakı 120 könüllü Qəzzaya girməsinə icazə verildiyini bildirən təhlükəsizlik qaynaqları, Asiya 1 in İranlı könüllülərinin Qəzzaya girməsinə icazə verilməyəcəyini bildirdi. Bu barədə israhaber saytı məlumat verib.

Xatırladaq ki, 2 dekabrda Hindistanın paytaxtı Yeni Delhidən yola çıxan Asiya 1, içində tibbi ləvazimatlarını əhatə edən 1000 tonluq kömək vəsaitini Qəzzaya çatdırmağı üçün yola çıxmışdı.

Asiya 1, Pakistanın torpaqlarından keçməsinə icazə vermədiyi üçün təkrar Hindistana qayıtdı. Hindistandan İrana hava yoluyla çatan konvoy, Türkiyə və sonra da Suriyaya quru yolundan istifadə edərək çatmışdı.

Asiya 1 konvoyunda Hindistan, Bangladeş, İran, Malaziya, İndoneziya, Türkiyə, Əfqanıstan, Pakistan, Bahreyn və Filipin və Azərbaycandan 150 könüllüdən ibarətdir.

Qeyd edək ki, konvoyda Azərbaycanı Hakim Əlizadə təmsil edir.
Source : IslamTimes
Comment