0
Monday 28 September 2015 - 22:51

Putin: "Terrorçuların qayıtmalarını gözləmək lazım deyil. Onları elə Suriyada məhv etmək lazımdır"

Story Code : 487906
Putin: "Terrorçuların qayıtmalarını gözləmək lazım deyil. Onları elə Suriyada məhv etmək lazımdır"
Putin: "Terrorçuların qayıtmalarını gözləmək lazım deyil. Onları elə Suriyada məhv etmək lazımdır"
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Putin qeyd edib ki, hal-hazırda postsovet ölkələrindən 2000-dən çox yaraqlı Suriyada terror qruplaşmalarının sıralarına qoşulub.

"Hal-hazırda Suriyada postsovet ölkələrdən gedən 2000 yaraqlı vuruşur. Onların bizə tərəf geri qayıdacağı təhlükəsi var. Bu halda biz niyə onların bizə tərəf qayıtmalarını gözləməliyik. Ən yaxşısı budur ki, biz prezident Bəşər Əsədə həmin terrorçulara qarşı Suriya ərazisində vuruşmağa yardım edək. Bu gün Suriya böhranının həll edilməsinin yeganə yolu hal-hazırkı hakimiyəti terrora qarşı mübarizədə möhkəmləndirməkdən keçir", - deyə Putin bildirib.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının sıralarında 2400 Rusiya vətəndaşı vuruşur
Source : Deyerler
Comment