0
Monday 3 January 2011 - 07:03

Türkiyə Avropa Birliyi ilə anlaşdı

Story Code : 48939
Türkiyə - Avropa Birliyi
Türkiyə - Avropa Birliyi
Milli.Az TRT-yə istinadən bildirir ki, Türkiyə müzakirə prosesini kilidləyən ən önəmli maneənin aşılması üçün Avropa Birliyi ilə uzlaşma əldə edib.
NTV kanalının xəbərinə görə, yunan Kiprinin qəbul edəcəyi təqdirdə, razılaşdırılan formul yaxın aylarda qüvvəyə minəcək.
14 müzakirə başlığının açılmasını əngəlləyən problemi aradan qaldırmaq üçün illərdir axtarılan formul AB sədri Belçika ilə Avropa Komissiyasının birgə fəaliyyəti nəticəsində tapılıb.
Əldə edilən razılaşmaya əsasən, Türkiyə öncə İzmir və ya İstanbuldan bir dəniz limanını rum gəmilərinə açacaq. İlk addımda problem yaşanmadığı təqdirdə Türkiyənin qalan dəniz və hava limanları ilə hava sahəsi də yunan Kiprinə açılacaq.
Bunun əvəzində təxirə salınan 8 müzakirə başlığı ilə Kiprin yunan hissəsinin 2009-ci ilin dekabr ayında birtərəfli qaydada veto etdiyi 6 başlıq qeyd-şərtsiz müzakirəyə açılacaq.
Razılaşmaya görə, Quzey Kıbrıs Türk Cümhuriyyətindəki Ərcan hava limanına Avropa ölkələrindən məhdud sayda da olsa çarter reysləri həyata keçiriləcək. Ankaranın 14 müzakirə başlığının qarşısına yeni əngəllər çıxarılmaması üçün yazılı təminat aldığı bildirilir.
Ancaq Avropa Birliyi bu formulu həyata keçirmək üçün Kıbrıs rum kəsiminin yekun təsdiqini gözləyir.
Comment