0
Tuesday 4 January 2011 - 01:06

Netanyahudan hiyləgər addım

Story Code : 49052
Netanyahudan hiyləgər addım
Netanyahudan hiyləgər addım
"İslamTimes" İsrail mətbuatına istinadən xəbər verir ki, ciddi təzyiqlərlə üzləşən İsrail rejimi nəzərləri digər səmtə yönəltmək üçün yeni hiyləyə əl atıb. Belə ki, Benyamin Netanyahu çıxışı zamanı deyib: "Biz Amerikanın tikintiləri 3 ay müddətinə dayandırmaq təklifi ilə razılaşmaq niyyətindəydik."
İşğalçı rejimin baş naziri bu sözləri bir halda deyib ki, onlar Avropa və Amerikanın tikintiləri dayandırmaq təklifini dəfələrlə rədd ediblər.
Ötən həftə ABŞ verdiyi bəyanatda bildirmişdi ki, onlar Tel-Əvivi işğal olunmuş torpaqlarda tikintiləri müvəqqəti dayandırmağa razı sala bilməyib.
Netanyahu sözlərinin davamında deyib: "İsrail tikinti işlərinin 3 ay müddətinə dayandırılması ilə bağlı heç bir rədd cavabı verməyib. Bu Amerika idi ki, fikrini dəyişdi. Mən Obamaya dedim ki, tikinti işlərinin dayandırılması məsələsini müzakirəyə çıxara bilərəm. Amma çox keçmədən məni olduqca təəccübləndirən bir bağlantıda Amerika tikinti işlərini dayandırmağa ehtiyac olmadığını bildirdi."
Comment