0
Monday 12 October 2015 - 13:22

Səudiyyə Kralı Salmanın zəhərlənərək sui-qəsdə məruz qaldığı bildirilir

Story Code : 490532
Səudiyyə Kralı Salmanın zəhərlənərək sui-qəsdə məruz qaldığı bildirilir
Səudiyyə Kralı Salmanın zəhərlənərək sui-qəsdə məruz qaldığı bildirilir
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Kral Salmanın Ər-Riyadda bir xəstəxanada intensiv müalicə aldığını iddia edən DEBKAfile, bu hadisənin sülalə tərəfindən həyata keçirilən bir çevriliş cəhdi olduğunu yazıb.

2015-ci ilin mart ayında Misirin Şarm Əl-Şeyx şəhərində toplaşan Ərəb Birliyi Toplantısında iştirak edən Səudiyyə kralı Salmanın, toplantının ikinci günündə sülalə daxili dövlət çevrilişi cəhdinə görə toplantını tərk edərək, Səudiyyə Ərəbistanına qayıtdığı iddia edilmişdi.

Bir neçə gün əvvəl “The Washington Post” qəzetinin verdiyi xəbərdə Kral Salman bin Əbdüləzizin nəvələrindən birinin sülalə üzvlərinə məktub yazdığı iddia olunmuşdur. Məktubda ölkənin yaxşı idarə edilmədiyini deyən şahzadə, sülalə üzvlərini lazımi addım atmağa çağırmışdı.

Şəhzadənin məktubunu yayımlayan Russia Today isə məsələ ilə bağlı, Kral Salman bin Əbdüləzizin nəvəsinin yazdığı məktub kral ailəsi üzvləri arasında əldən ələ gəzir" açıqlamasını vermişdir. “The Guardian” qəzetinə müsahibə verən Səudiyyə şahzadəsi keçən ayın əvvəllərində kralın hakimiyyətdən uzaqlaşdırılması üçün ailəyə iki məktub yazdığını, Kral Salmanın yaxşı bir rəhbər olmadığını söyləmişdi.
Source : Deyerler
Comment