0
Wednesday 5 January 2011 - 15:20

Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

Story Code : 49271
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Bakıdakı danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində ötən il Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanan sazişlə yaradılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi planlaşdırılır.
Şuranın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək ilk iclasının gündəliyi hələ tam müəyyənləşməyib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu məqsədlə yaxın vaxtlarda Ankarada ikitərəfli işçi qrupun iclasının keçirilməsi planlaşdırılır.
Related Stories
Comment