0
Wednesday 5 January 2011 - 15:40

İsrail qərargah rəisinin etirafı

Story Code : 49281
İsrail qərargah rəisinin etirafı
İsrail qərargah rəisinin etirafı
Islam times.org/az - İsrail mətbuatında yayılan xəbərə əsasən “Wikileaks” saytının dərc etdiyi məlumatda İsrail Baş qərargah rəisi Qabi Aşkenazi Missuri konqresinin üzvü İke Skeletonun başçılığı altındakı Amerika heyətinə bildirib ki, İranın əlində 300-ə qədər “Şahab” mərmisi var. Onun sözlərinə görə bunlar hər an İsrailə çata bilər və nəticədə İsrailin müdafiə üçün çox az zamanı olacaq.
Aşkenazinin bu sözləri Norveç dilində çap olunan Aftenposten qəzetində dərc olunub. Qəzetin yazdığına görə, qərargah rəisi onu da bildirib ki, İsrail Həmas və Hizbullaha qarşı geniş tutumlu döyüşə hazırlaşır: “İsrail ordusunu böyük döyüşə hazırlayıram, çünki bunu etdikdən sonra hərbi əməliyyatı yenidən başlamaqdansa, əhatə dairəsini azaltmaq daha asan olacaq”.
İsrail Baş qərargah rəisi Hizbullahın əlində isə 40 min raket olduğuna iddia edib. Onun sözlərinə görə, bununla da Həmasın ən çox əhali yaşayan Təl-Əvivi bombalama imkanı olacaq.
Reporter :
Source : IslamTimes
Comment