İraq höküməti: "ABŞ-ın quru əməliyyatlarına ehtiyacımız yoxdur"
Story Code : 494342
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Pentaqon rəhbəri Eşton Karter bəyan edib ki, ABŞ quru qoşunların İraqda əməliyyatlar keçirməsi istisna deyil. İraqın baş naziri Heydər əl-Əbadinin rəsmi nümayəndəsi Səad Haditi bəyan edib ki, İraqda istənilən hərbi aktivlik rəsmi Bağdad hökuməti ilə razılaşdırılmalıdır.
"Bu İraqın işidir. Hökümət ABŞ-dan bu cür əməliyyatlarda iştirak etməsini xahiş etməyib. Bizim özümüzün kifayət qədər quru qoşunumuz var", - deyə Səad Haditi bildirib.
Qeyd edək ki, hal-hazırda İraqda 3300 ABŞ hərbçisi var.