0
Friday 7 January 2011 - 14:34

ABŞ-da terror aktı qeydə alınıb

Story Code : 49481
ABŞ-da terror aktı qeydə alınıb
ABŞ-da terror aktı qeydə alınıb
İslamtimes.org/az - Yanvarın 6-da Amerikanın Merilend ştatında 2 inzibati binada partlayış baş verib.
CNN-nin verdiyi məlumata görə, bombalar qutularda yerləşdirilib.
İlk öncə partlayış Merilend ştatının Hannover şəhərində nəqliyyat departamentinin binasında baş verib. Növbəti partlayış isə həmin ştatın Annapolis şəhərində Dövlət Departamentinə məxsus binada olub.
6 nəfər insan yüngül bədən xəsarəti alıb və vəziyyətləri yaxşı olduğundan xəstəxanaya yerləşdirilməyiblər. Partlayışların “əl-Qaidə” terror təşkilatı tərəfindən törədildiyi güman edilir.
Source : Lent.az
Comment