0
Tuesday 10 November 2015 - 00:21

MBH-dən ictimaiyyətə müraciət

Story Code : 496716
MBH-dən ictimaiyyətə müraciət
Müsalman Biriliyi Hərəakatının Respublika ictimaiyyətinə, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi, İnsan-hüquqları təşkilatlarına və diplomatik korpuslarına

Müraciəti:


Hörmətli vətəndaşlar, möhtərəm təşkilat təmsilçiləri! Son günlər qərəzli şəkildə hərəkatımız ətrafında başladılan qara piar kampaniyası ilə bağlı bir neçə məqamı bəyan etməyi vacib sayırıq. Bildiririk ki, MBH sivil və qanunlar çərçivəsinə fəaliyyət göstərən təşkilatdı. Biz öz əsasnaməmizi və başqa bütün sənədlərimizi məhz Azərbaycan qanunvericiliyi çərçivəsində hazırlamışıq, qeydiyyat üçün də müvafiq dövlət strukturuna təqdim eləmişik. Öz əməli fəaliyyətimizdə də qanunun aliliyinə sadiqik və bu yoldan bütün təxribatlara baxmayaraq dönmək fikirimiz yoxdur. Biz illeqal, zorakı təşkilat deyilik, məqsədlərimiz sırasında əsla insansevərlikdən, qanunçuluğdan, ədalətdən kənar nəsə yoxdur. Bizi naharat edən ölkədəki nizamsızlıq, vətəndaşların hüquq və azadlığına hörmət bəslənilməməsi, insanların siyasi səbəbdən diskriminasiyaya məruz qalmasıdır. Ölkə konstitusiyası bizə hüquq verib ki, neqativ, qanunsuz hallara qarşı tənqidlərimizi səsləndirək, vətəndaşlara qarşı saymazyana münasibət göstərən məmurlara məsuliyyətlətini xatırladaq. MBH bəyan edir ki, bizi hansısa xarici qüvvəyə bağlamaq quru böhtandır, Allahın köməyi, bizim öz yolumuzda sabitqədəmliyimiz hər zaman bunu sübut edəcək. Biz xalqımızı, dövlətimizi sevən insanlarıq. Bütün çalışmalarımız, istəklərimiz daha yaxşı Azərbaycan, haqq-ədalətin bərqarar olduğu, qanunlara hörmət bəsləndiyi cəmiyyət görmək üçündür. MBH insan hüquq və azadlıqları üçün çalışan təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edir, biz marginal, qapalı qurum deyilik, ölkəmizin taleyi ilə bağlı istənilən dialoqa, müzakirəyə hazırıq. Tam əminliklə bildiririk ki, zorakılıq heç bir problemdən çıxış yolu ola bilməz. Bunu ilk növbədə dövlət rəsmiləri də başa düşməli və öz vətəndaşlarına qarşı böhtan siyasəti aparmağa son qoymalıdır. MBH ölkə ictimaiyyətindən, fəallardan, demokratiya və azadlıq ideallarına sadiq olduğunu bildirən təşkilatlardan inanclı insanlara qarşı aparılan qara təbliğata qarşı diqqətli yanaşmağı, repressiyaları pisləməyi təmanna edir!
Source : Islamazeri
Comment