0
Tuesday 17 November 2015 - 01:43

Vladimir Putin: "İŞİD-i bəzi G-20 ölkələri də daxil 40 ölkə maliyyələşdirir"

Story Code : 498344
Vladimir Putin: "İŞİD-i bəzi G-20 ölkələri də daxil 40 ölkə maliyyələşdirir"
Modern.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın lideri bunların arsında G20-yə daxil olan bəzi ölkələrin də olduğunu vurğulayıb.

Putin Antalyada başa çatan G20 sammitinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib ki, həmkarları ilə terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı sübutlarını bölüşüb: “Biz həmkarlarımızla bu məsələni müzakirə etdik. Ümid edirəm ki, biz bundan sonra da terrorçuluğa qarşı olduqca vacib olan işimizi davam etdirəcəyik”.

Rusiya prezidenti terrorçuların qanunsuz neft satışının və bundan əldə etdikləri gəlirin də qarşısını almaq vacibdir: “Mən hətta həmkarlarımıza kosmosdan və təyyarədən bu qanunusuz ticarəti tamamilə əks etdirən görüntüləri də təqdim etdim”.
Source : Modern
Comment