0
Sunday 20 December 2015 - 16:15

İstanbulda azərbaycanlılar İsrail və ABŞ bayrağlarını yandırdı

Story Code : 506551
İstanbulda azərbaycanlılar İsrail və ABŞ bayrağlarını yandırdı
İslamazeri.az-ın xüsusi müxbiri xəbər verirki, aksiya Nigeriya rejiminin Əhlibeyt tərəfdarlarına qarşı qətliamına etiraz olaraq keçirilib.

Aksiyada Nigeriya Əhlibeyt tərəfdarlarının lideri Şeyx Zəkzaki və tərəfdarlarına qarşı soyqırım hücumları sərt tənqid edilib və Nigeriya rejimi əleyhinə şüarlar səsləndirilib.

Mitinq təşkilatçılarının adından oxunan bəyanatda dünyada baş verən son proseslər qeyd olunub, baş verən anti-şiə proseslərin məhz bu cütlük tərəfindən idarə olunduğu önə çəkilib. Bəyanatda Türkiyənin hakim partiyasının İsraillə yaxınlaşması da, tənqid edilərək anti İsrail şüarlar səsləndirilib.

Aksiyanın sonunda İsrail və ABŞ bayrağları yandırılıb.

Qeyd edək ki, aksiya "azərilərin camisi" kimi tanınan Zeynəbiyə məscidinin yanında insidentsiz sona çatıb.
Source : Islamazeri
Comment