0
Sunday 16 January 2011 - 16:37

Amerikalı rahibə İsanın (ə) həqiqi təlimlərini İslamda tapdı

Story Code : 50727
Muslim
Muslim
Lakin bir neçə il öncə o, həyata baxışını dəyişib və İslam dinini qəbul edib, - “İslamNyus” xəbər verir.
“Mən anamı itirdikdən sonra Allaha sığınmaq istədim və Onun dəstəyini almağa ehtiyaclı oldum. Lakin kilsədə çalışmağıma baxmayaraq, bu, mənə istədiyim hissləri vermirdi. Daha sonra mən Sietl şəhərinə köçdüm və dinlərin yaxınlaşması üzrə dialoqda iştirak etmək qərarına gəldim. Bunun üçün mən İslam dinini öyrənməyə başladım. İslam dinində məni heyrətə gətirən bir aydınlıq ilə tanış oldum və başa düşdüm ki, bu, elə Allahın buyuruşudur. Bu dində İsa (ə) peyğəmbərin də həqiqi təliminin şahidi oldum”, - deyə xanım bildirib.
Xolms Reddinq deyir ki, Allahın birliyinə şəhadət gətirib, İslam dinini qəbul etdikdən sonra, İsanın (ə) davamçısı olmaqdan çəkilməyib, əksinə onun həqiqi təliminə - Təkallahlığa daha da yaxınlaşıb. /Deyerler/

Comment