0
Monday 17 January 2011 - 09:55

Polis kimi qoruyur?

Story Code : 50783
Polis kimi qoruyur?
Polis kimi qoruyur?
Həmin polislər sağ-salamatdır. Amma onları bıçaqladığı iddia olunan şəxsi isə əvvəlcə polis idarəsinə, oradan da xəstəxanaya aparıb, son nəticədə yaxınlarına meyitini veriblər. Söhbət Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elvin Əsgərovdan gedir – yazır Azadlıq.info
Rəsmi məlumatda göstərilir ki, hadisə yanvarın 13-də gecə saat 02.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında qeydə alınıb. Restorandan çıxan bir qrup şəxs küçədə dalaşıb. Qalmaqala müdaxilə edən Çevik Polis Alayının əməkdaşları Elçin Zirəddin oğlu Mütəllimov, Zülfüqar Ələkbər oğlu Süleymanov və Səbuhi Tağı oğlu Ağayev bıçaqlanıblar. Yaralı polislər xəstəxanaya çatdırılıb.
Elvin Əsgərov da Sabunçudakı 3 saylı xəstəxanada dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, Elvin xəstəxanaya daxil olanda da vəziyyəti ölümcül olub. Həkimlər ona qapalı kəllə-beyin travması, başın təpə və ənsə nahiyəsinin hematoması, burunun əzilməsi diaqnozu qoyublar.
Azadlıq.info-nun mərhumun yas mərasimində olan müxbiri:
“Azadlıq”dan olduğumu bilib müsahibə verməyə razı olduqlarını dedilər. Amma hər şeyi olduğu kimi yazmaq şərti ilə...
Elvin Əsgərovun atası Iman Əsgərov Qarabağ döyüşlərində həlak olub. Dayısı Rafiq Rəhimovu da ermənilər öldürüb. Doqquz yaşından E.Əsgərova atalığı Rza Rəfiyev edib. R.Rəfiyev deyir ki, E.Əsgərovu 24-cü polis bölməsinin rəis müavini Rasim Əmirov öldürüb: “Bölmədə Rasim Elvinə deyib ki, ”sən mənim işçilərimi söymüsən?", Elvin də deyib ki, “onlar söydülər, mən də cavab verdim”. Bundan sonra Rasim elektroşoku onun çənəsinə vurub. Onu xəstəxanaya aparanda artıq ölü vəziyyətində olub".
R.Rəfiyev söyləyir ki, yanvarın 13-də Elvinə nə qədər zəng etsə də dəstəyi qaldıran olmayıb: “Bir neçə dəfə zəng edəndən sonra telefonu qapatdılar, daha zəng çatmadı. Sonradan məlumat verdilər ki, Elvin avtomobiliylə qəzaya uğrayıb, xəstəxanadadır. Tez ora getdik, bir neçə saat keçəndən sonra bizə dedilər ki, o artıq ölüb”. /HaqqYolu/

Related Stories
Comment