0
Friday 22 January 2016 - 13:54

Zakzakinin qızı: 730 şiənin harada olduğu bilinmir!

Story Code : 514289
Zakzakinin qızı: 730 şiənin harada olduğu bilinmir!
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zakzakinin qızı Bədiə taleyi məlum olmayan 730 şiə haqqında danışıb (farhangnews.ir). Nigeriya şəhidlərinin Məşhəd şəhərindəki anım mərasimində Bədiə Zakzaki deyib:
Hadisələrdən sonra ordu yetkilisi demişdi ki, 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Amma bizdə şəhidlərin fotoları var. Hadisədə zərər çəkən və itkin düşənlərin sayı 3 min nəfərə çatır. Şeyx Zakzaki ilə bir nəfər görüşə bilib. Ailə üzvləri hələ də onu görə bilməyib. Hadisədən 40 gün keçsə də ölənlərin cənazəsi ailələrinə təhvil verilməyib. Nigeriya hökuməti ölənlərin sayını gizləmək üçün belə edir. Yaralı vəziyyətdə həbsə alınanlara heç bir tibbi yardım göstərilmir. Həbsxanada qanaxmadan həlak olanlar var. Hazırda taleyi naməlum olan 730 nəfər ya həbsdədir, ya da şəhadətə çatıb. Ordu bizim hüseyniyyəni, evlərimizi, hətta şəhidlərimiz qəbrini dağıdıb. Ordu o qədər vəhşiləşib ki, Şeyx Zakzakinin mənzilində öldürülənlərin cənazəsinə od vurub yandırıblar. Kərbəlada olduğu kimi qadın və qızların sırğalarını qulalarından qoparıblar...
Source : Nur.az.com
Comment