0
Sunday 24 January 2016 - 16:20

Suriyadakı silahlı qruplaşmaların İsraillə dostluğu

Story Code : 514886
Suriyadakı silahlı qruplaşmaların İsraillə dostluğu
Londonda çap olunan Times qəzeti sionist rejim olan İsrailin Suriyadakı silahlı qruplaşmalara yardımları, xüsusilə terrorçuların bu rejimin xəstəxanalarında müalicə edilməsi barədə hesabat yayımlayıb. Qəzet yazır: Suriyanın silahlı müxalifəti sahil boyunca düşmənlərlə dolu olan ərazilərdə təkcə İsraillə dostluğu qəbul edirlər.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Katrin Filips öz hesabatında yazır: Silahlı müxalifətdən olan Əla adlı suriyalı yaralanıb və Rusiya qırıcılarının bombardmanı nəticəsində ayağını itirib. O İsrailin şimalında bir xəstəxanada müalicə alır.
Filipsin yazdığına görə, bu şəxsin ayağı silahlı müxalifətin nəzarətində olan bir məntəqədə tibbi xidmətin olmadığı halda kəsilmişdi.
Sionist rejimin xəstəxanalarında çalışan həkimlər bildirirlər ki, bu şəxsin bir ayağının kəsilməsi və digər ayağında dərin yaraların olmasına baxmayaraq, o bir neçə həftədir ki, burada müalicə alır.
O yazır: Artıq iki ildir ki, İsrail silahlı müxalifətdən olan yaralıları qəbul edib müalicə edir.
Filips belə güman edir ki; Sionist rejim olan İsrailin bu addımı çox zirəkliklə atılıb İsraillə düşmənçilik hissini aradan qaldırmaq və özünün on illərdən bəri düşməni olan Suriya ilə öz arasında maneə olan qüvvələrə yardım etmək məqsədi güdür.
P.S. İsrail 5-ci ildir ki, suriyada yaralanan terrorçuları müalicə edir. Filips gec ayılıb.
Source : Nur.az.com
Comment