0
Sunday 23 January 2011 - 21:58

Allahı saymayanın günləri sayılar!

Story Code : 51694
Allahı saymayanın günləri sayılar!
Allahı saymayanın günləri sayılar!
Onun harda saxlanması barədə yaxınlarından münasibət öyrənilsə də, cavab birmənalı olub, “heç kəs onun yeri barədə bizə bir söz demir”. FaktXeber.com-a danışan və adının çəkilməsini istəməyən mənbə, Zülfüqar Mikayılzadənin tutulmasının əsas səbəbini onun bir müddət öncə xütbələrinin birində “hicaba uzanan əllər kəsiləcək” deməsi ilə əlaqələndirib. Beləki, onun 15 sutkalıq həbs müddətində də əsas sorğu-sualı bu mövzu ilə əlaqədarmış. Mənbə həmçinin Züfüqar Mikayılzadənin dindarlar arasında hədsiz sevildiyini bildirdi və buna səbəb kimi, onun heç bir partiya və ya təşkilata aid bir insan olmadığını göstərdi. Müstəqil və eyni zamanda elmli bir rühani kimi qısa müddət ərzində bütün dindar təbəqənin məhəbbətini qazanan Zülfüqar Mikayılzadənin həbsi dindar təbəqə arasında kəskin narazılığa səbəb olub. Mənbə qeyd edir ki, ən maraqlısı isə budur ki, Mikayılzadənin Azərbaycan İslam Partiyası ilə heç bir əlaqəsi olmadığı halda, mətbuata bilərəkdən onun da AİP üzvü və funksioneri kimi təqdim olunması kimi məlumatlar ötürülür. Əks halda, Zülfüqar bəyin hansı maddə ilə uzun müddətli həbsə salınması sual altına düşür.

Comment