0
Tuesday 25 January 2011 - 00:02

Rapressiya davam edir

Story Code : 51841
Rapressiya davam edir
Rapressiya davam edir
Azərbaycan İslam Partiyasının daha bir komitə sədri həbs olunub. FaktXeber.com-un “Qaynar Xətt”inə daxil olan məlumata görə, bu gün günorta saatlarında AİP-in Masallı rayon komitəsinin sədri Elnur Xudaverdiyev də polis tərəfindən saxlanılıb. Evinə təşkil olunan əməliyyat zamanı saxlanılan komitə sədrinin haraya aparıldığı məlum deyil. Yaxınların redaksiyamıza verdiyi məlumata görə, onu günorta saatlarında Masallı rayon polis idarəsinin əməkdaşları evdən aparıblar.

Qeyd edək ki, bu gün Masallı şəhərinin Xil kəndin ruhanisi Abbasov hacı Fəramərzi də saxlanılıb. Aparılan axtarış zamanı onun da evindən silah-sursat tapılıb. Artıq Masallıda iki dindarın həbs olunmasına etiraz əlaməti olaraq aksiya da keçirilib. Kənd sakinləri bu həbsi son günlər İslam Partiyası fəallarının həbsinin davamı kimi dəyərləndiriblər. Sayları 100-ə qədər olan sakin din xadiminin həbsdən azad edilməsi tələbilə rayon poilis şöbəsinin qarşısında aksiya keçirib.



Comment