0
Wednesday 17 February 2016 - 18:31

İŞİD, "Nusra", Səud və dəstəkçilərinin Suriyada qalib olmasına izin verməyəcəyik! - Seyid Nəsrullah

Story Code : 521642
İŞİD, "Nusra", Səud və dəstəkçilərinin Suriyada qalib olmasına izin verməyəcəyik! - Seyid Nəsrullah
İslamazeri.az-ın “Əl-Əhd”-ə istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində İran inqilabının ildönümünə toxunan Nəsrullah bu münasibətlə inqilab rəhbəri Ayətullah Xameneini təbrik edib.

Bölgənin "baş ağrısı" olan İsrail və Səud rejiminə də çıxışında yer ayıran Seyid Nəsrullah deyib: “Sionist rejiminin media quruluşları ərəb ölkələrinin media quruluşları ilə eynidir. Düşmən özünü sünnilərin dostu və müttəfiqi kimi göstərir. Təəssüf olsun ki, bəzi ərəb ölkələri də buna inanırlar. Özlərini sünni kimi gəstərən bəzi rəhbərlər isə Fələstin məsələsində susurlar. Tarix boyu Əhli-sünnəyə qarşı ən acı cinayətləri törədənlərin bu sözlərinə inanmaq olarmı? Alimlər İsrail rejiminin bu planlarını zərərsizləşdirmək üçün çalışmalıdırlar. Belə olmazsa, Fələstin həmişəlik olaraq meydandan silinəcəkdir".

Hizbullah lideri daha sonra Suriyaya quru qoşunlarının daxil olma istəklərinin İsraillə əlaqəli plan olduğuna işarə edərək "Sionist rejimi Ərəbistan və Türkiyə rəsmiləri ilə ciddi görüşlər keçirirlər. Bütün bunlar Suriya böhranının həllinin baş tutmaması və Əsədin devrilməsi üçündür. İsrail və Ərəbistan Suriyada məğlub olub. Suriya xalqının böyük iradəyə sahib olması onların qələbəsi ilə nəticələnir", - deyə danışıb.

Seyid Həsən Nəsrullah Hizbullahın Suriya ilə bağlı siyasətinin dəyişmədiyini də bildirib və mübarizəyə davam edəcəklərini önə çəkib.

Nəsrullah daha sonra "Biz “Əl-Qaidə”, İŞİD, “Nusra cəbhəsi”, ABŞ, Ərəbistan və digər imperialist qüvvələrə Suriyada qalib olmağa və hədəflərinə çatmağa icazə verməyəcəyik", - deyə bildirib.

Seyid Nəsullah, “Hizbullah”-ın hər növ silaha sahib olmasını diqqətə çəkərək bildirib: “Müqavimət hərəkatı İsraili məğlub etmək üçün hər bir imkana sahibdir. İsrailli ekspertlərin də etiraf etdikləri kimi, bizim Hayfada olan amonyak mədənlərinə hücumlarımızın təsiri atom bombası qədər olacaqdır. Biz ötən müharibələrdə bu mədənləri hədəfə almamışdıq. Bu mədənlərdə 15 min ton qaz mövcuddur. Bizim bu mədənə hücumumuz 800 min nəfəri təhlükəyə salacaqdır. Bu o deməkdir ki, Livan atom bombasına sahibdir. Bu sözlər şişirtmə deyil. Əlbəttə bizim nüvə bombamız yoxdur, lakin onun qədər təsirli olan hücum edə bilərik. Bu Hayfa ilə əlaqəli olan planlarımızdan sadəcə biridir.”

Hizbullah lideri sözlərinin sonunda Livan xalqı və Hizbullah döyüşçülərinə müraciət edib: "Sionist rejiminin bizimlə döyüşməməsinin səbəblərindən biri də, sizin güclü ruhiyəniz və dözümünüzdür. Biz müharibəyə can atmırıq, lakin buna mane olmaq üçün daima hazır olmalıyıq.”
Source : Islamazeri
Comment